Uğurun psixoloji modeli barədə danışıldı


Baxıldı : 80

Tarix : 2017-12-15 22:03:21


Dekabrın 8-də Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Psixologiya Fakültəsi ritorik fəaliyyətin, natiqlik xüsusiyyətlərinin artırılması, bədən dilindən istifadənin mütəhərrikləşdirilməsi üçün "Yaşamaq sənəti və uğurun psixoloji modeli" adlı elmi praktik seminar keçirib. Seminarı giriş sözü ilə Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov açdı. Bildirdi ki, texnologiyaların geniş tətbiqi insanların psixologiyasına təsirsiz ötüşmür. İnsanlarda psixoloji gərginlik get-gedə artır. Ona görə də bu sahədə tədqiqatların aparılması, maarifləndirici tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Tədbirdə təlimçilər Nəzrin Verdiyeva, Aytən Əfəndiyeva, Nigar Pənalıyeva və Tubuxanım Həmidova çıxış etdilər. Onlar dinamik dəyişkənliklər şəraitində mövcud mühitə adaptasiya tələblərindən danışdılar. Qloballaşma şəraitində geniş yayılmış psixoloji problemlərin həlli yollarını diqqətə çatdırdılar.

Seminar diskussiya ilə yekunlaşdı.

Bəyalı RZAYEV