ÜHİK-in sıraları genişlənir


Baxıldı : 78

Tarix : 2018-12-28 06:02:48


Dekabrın 24-də Özbəkistanın paytaxtı Daşkənddə Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Konfederasiyanın prezidenti Mixail Şmakovun sədrliyi ilə baş tutan yığıncaqda Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının (ÖHİF) rəhbərliyi, ölkənin sahə və regional həmkarlar ittifaqları qurumlarının liderləri iştirak ediblər.

İclasda Federasiyanın ÜHİK-in üzvlüyünə qəbul edilməsi haqqında müraciəti müzakirə olunmuşdur.

ÖHİF-in sədri Kudratilla Rafikov Federasiyanın tərkibi, prinsipləri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermişdir.

Demişdir ki, hazırda Federasiyanın tərkibinə  6,1 milyondan çox insanı sıralarında birləşdirən  14 sahə həmkarlar ittifaqı, Qaraqalpaq Respublikası, Daşkənd şəhəri və 12 regional həmkarlar ittifaqı daxildir.

Ən yüksək orqanı  hər 5 ildən bir çağırılan qurultaydır. Qurultaylar arasında Federasiyanın fəaliyyəti Şura tərəfindən idarə olunur. Şura üzvləri sahə həmkarlar ittifaqlarının qurultaylarında, ərazi birlikləri həmkarlar ittifaqları konfranslarında, o cümlədən Federasiyanın qurultayında seçilirlər.

Qurumun ən vacib funksiyalarından biri sosial tərəfdaşlığın inkişafı, sosial tərəfdaşlıq üzrə respublika üçtərəfli komissiyasının işində iştirak və sosial-iqtisadi və əmək münasibətlərinin tənzimlənməsidir. Nazirlər Kabineti, həmkarlar ittifaqları federasiyasının Şurası və Ticarət və Sənaye Palatası arasında, Baş Sazişə əsaslanaraq, mühüm sosial-iqtisadi məsələlər həll olunur. İşçilərin mənafelərini qorumaq məqsədilə  əlavə lqotları özündə ehtiva edən sahə və regional müqavilələr var. Hazırda respublikada 100-dən çox sahə və 14 regional müqavilə imzalanmışdır. Şirkətlərdə, təşkilatlarda və müəssisələrdə 171 mindən çox kollektiv müqavilə hüquqi qüvvədədir.

Federasiya dünya həmkarlar ittifaqları hərəkatı ilə əlaqələr qurur və inkişaf etdirir, o cümlədən Beynəlxalq Əmək Təşkilatı ilə sıx əməkdaşlıq edir.

ÖHİF-in bəyanatı və onunla bağlı sənədlər ÜHİK-in İcraiyyə Komitəsi tərəfindən nəzərdən keçirildi. Federasiyanın ÜHİK-in üzvlüyünə qəbul edilməsi barədə qərar qəbul olundu.

Federasiyanın ÜHİK-in üzvlüyünə daxil edilməsi, şübhəsiz ki, regionda həmkarlar ittifaqlarının gücünü və təsirini gücləndirəcək və qurumun üzv təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdə işçilərin hüquq və maraqlarını daha effektiv qoruyacaqdır.

İcraiyyə Komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov da iştirak etmişdir.