Ulu Öndər anıldı


Baxıldı : 169

Tarix : 2017-12-15 22:09:01


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə akademiyanın rektoru, professor Hüseyn Qaraşov açdı. O, ümummilli liderin həyat və siyasi fəaliyyəti barədə məlumat verdi. Dedi ki, müdrik siyasətçi, dönməz əqidə sahibi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, qurucusu kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Rektor ulu öndərin elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışdı.

O, sonra bildirdi ki, ulu öndərin siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli təhsil dövrün tələblərinə uyğun olaraq yeni məzmun kəsb edir, Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir.

Tədbirdə akademiyanın tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun və Tələbə Həmkarlar İttifaqıTəşkilatının sədri Xəlil Babayevin çıxışları dinlənildi. Sonda ümummilli liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.

Bəyalı RZAYEV