Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib


Baxıldı : 88

Tarix : 2018-05-12 04:35:48


Dövlətçilik və siyasi fəaliyyətinin bütün dövrlərində xalqı üçün misilsiz xidmətlər göstərən dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Fəxri xiyabanda ümumxalq ziyarəti ilə qeyd edilib.

Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları da mayın 10-da tarixdə silinməz iz qoymuş böyük şəxsiyyətin əziz xatirəsini anmaq üçün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.