Ulu öndər uşaqlara qayğı ilə yanaşırdı


Baxıldı : 94

Tarix : 2018-05-12 03:52:40


“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası  ulu öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirir.

Tədbir mayın 10-da Federasiyanın Mədəniyyət Sarayının özfəaliyyət kollektivləri “Renessans Dance” studiyası, “Çiçəyim” uşaq teatrı, bədii gimnastika üzrə komandası, Fortepiano musiqi kurslarında təhsil alan tələbələrin çıxışları ilə başladı.

Tədbirə şəhər və rayon həmkarlar ittifaqlarının fəalları, Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissyasının üzvləri, ahıllar və gənclər şurasının üzvləri dəvət olunmuşdu.

Konsert proqramından sonra Federasiyanın birinci vitse-prezidenti, Gender Bərabərliyi  və Qadın Poblemləri üzrə  Komissiyasının sədri Sadət Tahirova Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan danışdı, Onun Azərbaycan tarixində qoyduğu irsindən, xalqına olan sevgisindən söhbət açdı.

“Xidmət-İş” Hİ Federasiyasının müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqları Hüseynova Sara, Nəbiyeva Gülnarə, Hüseyinli Nigar, Həbibova Gülgün, Əliyeva Sevil, Qurbanov Rüfət, Qurbanov Tamerlan, Quluzadə Selcan, Eyubov Tamerlan tərəfindən hazırlanmış əl işləri və rəsmlərin sərgisi keçirildi. Ənənə olaraq sərgi iştirakçılarına, uşaqlara Federasiyanın fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

Ə.İBADOV