Universitetin bir qrup əməkdaşı Şəki şəhərində


Baxıldı : 325

Tarix : 2018-06-02 01:42:28


Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyəti mayın 26-da Şəki şəhərində səfərdə oldu. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin  şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etdilər. Abidənin önünə tər gül dəstələri qoydular. Şəhər 10 saylı orta məktəbin akt zalında bu qədim diyarın ziyalıları, şagirdlər və abituriyentlərlə görüşdülər.

Görüşdə qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti barədə ətraflı məlumat verdilər. Qürurla qeyd olundu ki, Cümhuriyyətin parlamenti məhz Gəncədə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin binasında yerləşirdi. Natiqlər çıxışlarında universitetin şərəfli tarixi, maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri, tədris-istehsalat təcrübələri və sair barədə də danışdılar.

Tədbirdə ADAU-nun fəaliyyətindən, tələbələrinin həyatından bəhs edən film nümayiş olundu. 10 nömrəli məktəbin aşağı sinif şagirdlərinin ifasında “AXC-100” adlanan ədəbi-bədii kompozisiya coşqu ilə qarşılandı.

Tədbirin rəsmi hissəsindən sonra universitetin professor-müəllim heyəti Şəki Tarix-Diyarşunaslıq Muzeyi, Şəki Xan Sarayı və şəhərin digər görməli yerlərini ziyarət etdilər. Şəki mətbəxinin və şirniyyatlarının  dadına baxdılar.

Səfər universitetin rəhbərliyinin və həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutmuşdu.

Azər MUSTAFAYEV