Uşağın qida rasionunda balıq əsas yer tutur


Baxıldı : 318

Tarix : 2017-12-27 19:17:56


Aparılmış tədqiqatlar göstərib ki, balıq boy artımı və əsəb hüceyrələrinin inkişafı baxımından Omeqa-3 yağ turşularının qiymətli mənbəyidir. Bundan başqa, bu yağlar koqnitiv göstəricilərə də müsbət təsir göstərir və yuxunu nizamlayan melatoninin yaranmasında iştirak edir. Bildirilir ki, son tədqiqatlar çərçivəsində 12 yaşadək 541 uşaq bu kontekstdə təhlil edilib.

Bununla yanaşı, 9-11 yaş arasında uşaqlarda da balıq istehlakının nəticələri araşdırılıb. Əsasən yuxunun keyfiyyəti, riyazi testlər, söz ehtiyatı və informasiyanın qavranılması vasitəsilə intellekt koeffisienti müəyyən edilib. Yekun birmənalı olub: tez-tez balıq yemək intellekt koeffisientinin artması və yuxu problemlərinin azalması ilə müşayiət olunub.

Mütəxəssislər məsləhət görür ki, balığı uşaqların qida rasionuna daha erkən əlavə etmək lazımdır. Əgər balıq sümüksüzsə 10 aylıq uşağa da verilə bilər. İki yaşında uşağın qida rasionunda isə balıq mütləq daimi olmalıdır.

Azər MUSTAFAYEV