Uşaq əməyindən  istifadə idxalın ləğvinə səbəb olub


Baxıldı : 285

Tarix : 2018-03-09 23:21:10


“The Guardian” qəzeti tərəfindən aparılan araşdırmada Böyük Britaniyada  Milli Sağlıq Servisi (MSS) tərəfindən istifadəsinə izin verilən cərrahi aparatların uşaq işçilər tərəfindən  hazırlanması və standartlara cavab vermədiyi fikri irəli sürülüb. MSS isə məsələ ilə bağlı Pakistanlı tədarükçüləri günahlandırıb. Burada hazırlanan məhsulların keyfiyyətindən daha böyük problem isə onların hazırlandığı sexlərdə uşaq əməyindən geniş istifadə olunmasıdır. 

Pakistanda cərrahi avadanlıqların istehsalı ilə məşğul şirkətlər qərb dövlətlərinin bir çoxunu tibbi aparatlarla təmin edir. Bu avadanlıqların istehsalı zamanı isə aşağı əməkhaqqı ilə uşaq işçilər çalışmaya cəlb olunub. Aparılan yoxlamalarda bu tip emalatxanalarda işçilərin  əmək şəraiti ilə bağlı standartların çox aşağı olduğu müşahidə edilib.  Burada işləyənlərin metal tozuna qarşı müdafiə maskalardan istifadə etməməsi ağciyər xəstəliklərinə tutulanların sayının artmasına şərait yaradır.

2008-ci ildə cərrahi aparatların istehsalı sektorunda uşaq əməyi qeydə alınsa da, sonrakı vaxtlarda problemin aradan qaldırıldığı bidirilmişdi. Pakistan qanunvericiliyinə əsasən, 18 yaşından kiçik uşaqların təhlükəli sənaye sektorlarında çalışmasına izin verilmir. Bununla belə cərrahi avadanlıqların istehsalı sektorunda uşaq əməyinin aşkar olunması,  İngiltərənin  Pakistandan idxal olunan tibbi cihazların dayandırması ilə nəticələnib.