“Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”


Baxıldı : 74

Tarix : 2019-10-18 17:10:59


Oktyabrın 17-də “Xidmət-İş” Hİ Federasiyasının Gənclər Şurası, Gender Bərabərliyi və Qadın  Problemləri üzrə Komissiyası “Beynəlxalq Qız Övladları Günü”nü birlikdə qeyd etmişdir. Tədbiri giriş sözü ilə Federasiyanın I vitse-prezidenti Sadət Tahirova açmışdır. Demişdir ki, bu əlamətdar gün 2011-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmuş və ilk dəfəTürkiyədə, Kanadada və Peruda qeyd edilmişdir. Get-gedə digər ölkələr də bu təşəbbüsə qoşuldu. Günün ilk şüarı “Uşaq nikahı” adlanırdı. Sonrakı illərdə, aktuallığı nəzərə alınmaqla, qızların təhsili, sağlamlığı və sair mövzularda şüarlar müzakirələrə təqdim olundu. Bu ilin şüarı isə belədir: “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır”.

Tədbirdə digər çıxışlar da dinlənildi. Federasiyanın xidmətində olan Mədəniyyət Sarayının mütəxəssisi Ləman Məmmədova dedi ki, uşaqlarla iş fəaliyyətimizdə mühüm yer tutur. Mədəniyyət Sarayının nəzdində yaratdığımız özfəaliyyət kollektivlərində 3-9, 13-18 yaşlı uşaqlar, yeniyetmələr incəsənətin sirlərinə yiyələnir, eləcə də asudə vaxtlarını mənalı keçirirlər.

Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyanın sədri Rəfayyə Zeynalova, Gənclər Şurasının sədri Seymur Nəbiyev də uşaqlarla bağlı həyata keçirilən işlərdən danışdılar. Bu sahədə yaxın vaxtlarda reallaşdırılacaq yeni layihələr barədə məlumat verdilər.