Uşaqların gələcək arzularını dinləyiblər


Baxıldı : 61

Tarix : 2020-09-11 16:36:42


Bir neçə gün əvvəl Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Hüseyn Kərimov 2016-cı il aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş Urfan Vəlizadənin ailəsində olmuşdur. Onu şəhidin həyat yoldaşı Könül xanım, övladları - 12 yaşlı Zəhra və 5 yaşlı Betül qarşılamışlar.

H.Kərimov gəlişinin məqsədini izah edərkən demişdir ki, şəhid övladı bütün xalqın övladıdır. Çünki şəhid bir nəfər, bir ailə, bir kənd, şəhər üçün deyil, Vətən, xalq üçün canını, qanını qurban verib. Ona görə də şəhid övladı bütün xalqın övladıdır. Şəhid övladına qayğı hər kəsin borcudur.

Hüseyn müəllim sonra deyib ki, bu borcu, həmkarlar ittifaqı olaraq, biz də öz üzərimizdə hiss edirik. Məhz bu səbəbdəndir ki, biz bu gün sizin ziyarətinizə gəlmişik.

Hüseyn müəllim sözünə davam edərək bildirib ki, üzv təşkilatı olduğumuz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev bura gələndə məndən xahiş etdi ki, onun da salamlarını və ən xoş arzularını sizə çatdırım, Zəhranın, Betülün üzündən öpüm.

H.Kərimov Könül xanımla, onun övladları ilə xeyli söhbət edib. Qayğıları ilə maraqlanıb, uşaqların gələcək arzularını dinləyib. Ailəyə 300 manat (hər uşağa görə 150 manat) yardım edib.