Usta və fəhlələrin maaş artımı tələbi


Baxıldı : 44

Tarix : 2017-09-23 00:49:27


İngiltərədə Hinkli Point ərazisində tikintisi başlanan nüvə elektrik stansiyasının usta və fəhlələri maaş artımı tələbləri cavablandırılmadığından tətil keçirilməsi barədə səs verib. Unite və GMB həmkarlar təşkilatlarının birlikdə başlatdığı kampaniyada 1000-ə yaxın işçinin 95 faizi tətilin lehinə səs verib.

Maaş atrımı ilə bağlı danışıqlar bu ilin yaz aylarından başlayıb. Müddətli müqavilələrlə zaman-zaman razılıq əldə olunsa da, danışıqlar müsbət nəticə verməyib. Belə ki, burada işçilərə iki cür sözləşmə təqdim olunur. İnşaat mühəndisliyi müqaviləsi ilə işə qəbul olanların maaşı mexaniki mühəndislik müqaviləsi ilə çalışanlardan aşağı hesablanır. İyun ayında qısamüddətli əlavə ödəniş tətbiq olunaraq bu yöndə tarazlıq əldə olunsa da, 3 ay sonra bu, sona çatdırılıb.

"Unite" Həmkarlar İttifaqının bölgə üzrə nümayəndəsi Cerri Svein bildirib ki, bu, böyük layihədir və ucuz başa gələ bilməz: "Üzvlərimizin maaş azlığı ilə bağlı müraciətindən sonra subpodratçı "EDF" və "BYLOR" inşaat şirkətləri ilə müzakirələr apardıq. Əməkhaqqının artırılması ilə bağlı tələblərimiz cavablandırılmadı. İşçilərə münasibətdə də ayrı-seçkilik müşahidə olunur ki, bu, qəbuledilməzdir.

"GMB" Həmkarlar İttifaqının inşaat sektoru üzrə nümayəndəsi Phil Vaiturst keçirilən səsvermədə tətillə bağlı müsbət qərarın çıxdığını, şirkətlərin maaş artımı ilə bağlı tələbləri qəbul etməyəcəyi təqdirdə önümüzdəki ay aksiyaların təşkil olunacağı bildirilib.

 Cavid SƏFƏROV