Uzun sürən yuxu


Baxıldı : 59

Tarix : 2017-07-28 20:23:36


Gündə doqquz saat və daha çox çəkən yuxu orqanizmi genetik piylənməyə meyilli olmaqdan qoruyur. Vaşinqton Universitetinin mütəxəssislərinə görə, uzun sürən yuxu insanın artıq kiloqramlar yığmasına imkan vermir.

Min əkiz cütlüyün iştirakı ilə keçirilən araşdırma göstərib ki, piylənməyə genetik meyillilikdən doqquz saatlıq yuxu qoruya bilər. Yuxunun yeddi saatdan az davam etməsi çəkinin artmasına təsir göstərən genetik amilə böyük həssaslıqla bağlı olub.

Universitetin eksperti Nataniel Vatson enerjidən istifadə olunmasına, orqanizmin piyi saxlamasına, habelə yeməkdən sonra doymaya və şəkərin sərf olunması sürətinə cavab verən bir sıra gen aşkar etmişdir.

Alimlərin fikrincə, uzun sürən yuxu məhz həmin genlərə təsir göstərir. Daha əvvəl sübuta yetirilib ki, doyunca yatmamaq bədən quruluşuna mənfi təsir göstərir.

Azər Mustafayev