Vahid kart sistemi tətbiq olunacaq


Baxıldı : 198

Tarix : 2015-10-16 01:05:00


Bakı şəhərinə yeni avtobuslar gətirildi, hətta kart sisteminə də keçid prosesi aparılır. Amma görülən işlərə baxmayaraq, sakinlər ictimai nəqliyyatda problemlərin çox olduğundan, avtobuslarda sərnişin sıxlığından, tıxaclardan şikayət edir. Bütün avtobusların kart sisteminə keçməməsi də problemlərə səbəb olur. Avtobus sürücüləri qaydalara riayət etməyərək bəzən dayanacaqdan kənar saxlayırlar. Bütün bu kimi problemləri aradan qaldırmaq üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradıldı. Mərkəzin əsas məqsədi sürətlə artmaqda olan avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılmasından ibarətdir. Bu problemlər və bizi maraqlandıran bəzi məsələlərlə bağlı Nəqliyyatın İntellektul İdaretmə Mərkəzinin (NİİM) İctimai Əlaqələr Şöbəsinin rəhbəri Şəfa Mehmanqızının fikrini öyrəndik.O, nəqliyyatda gedişhaqqının necə həyata keçirilməsindən danışaraq qeyd edib ki, xətdə olan köhnə avtobuslar da yaxın gələcəkdə kart sisteminə keçəcək. Problemlərə toxunan Şəfa xanım deyib ki, marşrut xətlərinin dəyişdirilməsi, ləğvi prosesi həyata keçirildiyi vaxtda müəyyən problemlərin yaranmasına səbəb əhalinin dəyişiklikdən xəbərdar olmamasıdır ki, biz bu haqda televiziya, radio, xəbər saytları, sosial şəbəkə vasitəsilə ictimaiyyətə əvvəlcədən məlumatları çatdırırıq.Dayanacaqlardakı monitorların bir çoxunda hələ də köhnə marşrut xətlərinin göstərilməsi ilə bağlı Şəfa xanım bildirdi ki, yeni xətlər tam istifadəyə verildikdən sonra bir sıra dəyişikliklər ediləcək: \ Biz bu məsələdən xəbərdarıq və monitorlarda dəyişiklik edilməsi müvəqqəti olaraq dayandırılıb. Çünki, bildiyiniz kimi, \ Bakubus MMC\ -yə məxsus 12 xətt üzrə marşrut avtobusu fəaliyyətə başlayacaq. Hələlik cəmi 4 xətt üzrə \ Bakubus\ avtobusları fəaliyyətdədir. Hər dəfə \ Bakubus\ avtobusunun hər yeni marşrut xətti istifadəyə verildikcə, mövcud marşrut xətlərində dəyişiklik olunur. Bu səbəbdən yeni xətlər tam olaraq istifadəyə verilmədikcə, monitorlarda dəyişiklik edilməyəcək. 2-3 gündən bir 664 monitorda sistemə yenilənmə əmri tətbiq edərək bunu etmək qeyri-realdır. \ Bakubus\ a məxsus 12 xətt üzrə bütün marşrutlar fəaliyyətə başladıqdan sonra edilən bütün dəyişikliklər və yeniliklər monitorda öz əksini tapacaq. Hələlik sərnişinlərdən bu məsələyə bir qədər anlayış göstərmələrini xahiş edirik\ .Sonda isə Ş.Mehmanqızı Bakı şəhər nəqliyyat sisteminin vahid kart vasitəsilə ödəməyə keçirilməsinin konkret tarixinin dəqiqləşdirilmədiyini və bəlli olduqda bu haqda mediaya və ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirdi.ALİYƏ