Vahid minimum əməkhaqqının tətbiqi planlaşdırılır


Baxıldı : 171

Tarix : 2020-01-31 16:07:01


Avropa Birliyinə (AB) daxil olan ölkələrdə əhalinin əmək və həyat səviyyəsinin bərabərsizliyinin aradan qaldırılması  məqsədilə minimum əməkhaqqının müəyyənləşdirilməsi istiqamətində addımlar atılır.

Avropa Komissiyası artıq minimum əməkhaqqının səviyyəsini müəyyənləşdirmək üçün hökumətlərə ümumi meyarlar toplusu təklif etməyə hazırlaşır. Qurumun sədri Ursula fon der Leyen bildirib ki, “Avropanın Şərqindən daha zəngin Qərb hissəsinə işçi əl və beyin axını”nın qarşısını almaq niyyətindədir. Avropa Birliyinin 28 üzvündən yalnız 6-da (Danimarka, İtaliya, Kipr, Avstriya, Finlandiya və İsveç) qanunla müəyyənləşdirilmiş minimum əməkhaqqı yoxdur. Minimum əməkhaqqı olan ölkələr arasında isə böyük fərq var. Beləki, Bolqarıstanda tam ştatlı işçilər ayda ən az 286 avro, Lüksemburqda isə 2071 avro alırlar.

Brüssel rəsmi təklifini bu ilin sentyabr ayının əvvəlində təqdim edəcəkdir. Təklifin qüvvəyə minməsi üçün onu AB ilə bağlı əsas qannlar toplusuna daxil etmək lazımdır. Bu da öz növbəsində uzun müddət çəkə bilər. Xatırladaq ki, minimum əməkhaqqının tətbiqi  Avropa Komissiyasının beş illik fəaliyyət müddətinin əsas prioritetlərindən biridir. Digər iki prioritet isə iqlim dəyişikliyinə qarşı mübarizə və gender bərabərliyinin təmin olunmasıdır.

 

Həmkarlar İttifaqı tibb bacılarının kadr təminatında böyük sıçrayış etdi

Almaniya Xəstəxana Assosiasiyaları və Tibb Bacıları Şurası ilə əməkdaşlıq edən “Ver.di” Səhiyyə İşçiləri Həmkarlar İttifaqı işçi heyətin qiymətləndirilməsi vasitələrinin hazırlanmasında böyük irəliləyiş əldə edib. Bu da personalın təhlükəsizlik səviyyəsini təmin etməyə imkan verəcəkdir. Həm də hər bir xəstəxana şöbəsi həm xəstələrin qayğı ehtiyacları, həm də tibb işçilərinin sağlamlığını və iş yükünü təmin etmək üçün lazım olan işçilərin sayı baxımından qiymətləndiriləcəkdir. 44 xəstəxanada sınaqdan keçirilmiş sistemin praktiki olaraq tətbiq ediləcəyi sübut olunub. “Ver.di” bununla da kadr çatışmazlığı ilə bağlı çoxdandır davam edən  problemin həllini tapacağını düşünür.

 

Danışıqlar məqsədilə tətili dayandırırlar

İrlandiyada  yanvarın 10-da məktəb k

atiblərinin tətilindən sonra “Forsa” Həmkarlar İttifaqı hökumətlə danışıqlara yenidən hazır olduğunu bildirib. Tətil əməkhaqlarının azlığı səbəbindən başlayıb. Forsa danışıqlarda real və əhəmiyyətli irəliləyiş gözləyir, əks halda aksiyanın yenidən bərpa olunacağı deyilir.

 

Aksiyanı təxirə salıblar

Şimali İrlandiya səhiyyə işçiləri aksiyaları dayandırmağa qərar verdilər.  Çünki  həmkarlar ittifaqları əməkhaqqı təklifi və kadr təşəbbüsü ilə bağlı məsləhətləşmələr aparır. UNİSON və Unite öz  üzvlərinə, İngiltərənin digər ərazi vahidləri ilə bərabər, əməkhaqqı ödənişi, habelə təhlükəsiz kadr səviyyəsinə çatmaq üçün maliyyələşmənin təmin ediləcəyi ilə bağlı təklifi qəbul etmələrini tövsiyə edəcəkdir.

 

Sazişlərin “yaşıl” aspektlərinə xüsusi diqqət yetirirlər

Norveç və İsveç həmkarlar ittifaqları dini qurumların işəgötürənləri ilə davam edən və planlaşdırılmış danışıqlarda “yaşıl” aspektlərə xüsusi diqqət yetirir. Norveçdə kilsə ilə razılaşmalarda davamlılığa dair müddəalar, o cümlədən sağlamlığın möhkəmlənməsinə kömək edən iş mühitinin təmin edilməsi üzrə tədbirlər, həmçinin xəstəliklə bağlı çatışmazlığın azaldılmasına dair təşəbbüsləri nəzərdə tutan öhdəliklər var. İsveçdə aparılacaq danışıqlar iş və şəxsi həyat arasında balansın yaxşılaşdırılması üçün əməkhaqqı məbləğinin müəyyən edilməsi prosesinin qaydaya salınmasına və iş vaxtı üzərində nəzarətin gücləndirilməsinə yönəlmiş “yaşıl” aspektlərdən ibarət olacaq.

 

35 saatlıq iş həftəsinə nail olunması

Avstriyada təxminən 125 min işçini özündə cəmləşdirən özəl səhiyyə və xidmət sahəsindəki danışıqların üçüncü turu nəticəsiz başa çatdı. Buna baxmayaraq, iki həmkarlar ittifaqı - VİDA və GPA həm əməkhaqqı, həm də kadr təminatı baxımından tam kompensasiya ilə əhatə olunmuş 35 saatlıq iş həftəsinin təyin edilməsi iddiasına sadiq qalır. Həmkarlar ittifaqları sazişin mərhələli şəkildə həyata keçirilməsi ətrafında konstruktiv müzakirələr apardıqlarını bəyan edir. İddia edilir ki, iş vaxtının qısaldılmasına dair öhdəlik sektor üçün vacibdir. Bu da işə həvəsləndirilmə və kadr çatışmazlığı probleminin həllinə kömək edər. Həmkarlar ittifaqları danışıqlar barədə məlumat vermək və öz tələblərinə dəstək qazanmaq üçün heyətin şura iclaslarını çağırmağı planlaşdırır.