Varis ikinci yeri tutub


Baxıldı : 218

Tarix : 2017-12-15 21:39:57


"Məhsul" İdman Cəmiyyətinin idmançısı Varis Mehdizadə  İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən kiçikyaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəlxalq turnirdə  ikinci yeri tutub. Məşqçi-müəllim Seyfulla Mehdizadənın yetirməsi olan gənc pəhləvanımız 66 kq. çəki dərəcəsində mübarizə aparıb. Keçirdiyi şəxsi görüşlərdə qalib gələn Varis yalnız finalda rəqibinə məğlub olub.  

Xatırladaq ki, yunan-Roma güləşi üzrə kiçikyaşlı yeniyetmələrdən ibarət yığma komandamız bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatına sahib olub.

Azər MUSTAFAYEV