Vaxtından əvvəl yetişdirilən məhsullar...


Baxıldı : 192

Tarix : 2016-04-30 06:45:00


Yaz fəslində insanlar qidalanmaya xüsusi fikir verməlidirlər. Çünki bu fəsildə orqanizmdə müəyyən dəyişikliklərin baş verdiyi deyilir. Bu aylarda mağaza və bazarlarda piştaxtaya düzülən meyvə-tərəvəzlər hər bir alıcını özünə cəlb edir. Ancaq bu meyvə və tərəvəzlərin əksəriyyəti süni yolla yetişdirildiyindən insan səhhəti üçün təhlükə yarada bilər.Ekspertlər bu mövsümdə həftə ərzində ən azı bir dəfə mal əti, azı iki dəfə balıq, iki dəfə paxlalı bitkilər, iki dəfə yumurta və hər gün iki fincan qatıq, yarım ovuca qədər fındıq və badam yeməyi məsləhət görürlər. Yeməkləri bişirdikdən sonra çox az miqdarda zeytun yağı əlavə etmək faydalıdır. Yemək aralarındakı zaman ərzində isə mövsümə uyğun meyvələr qəbul olunmalıdır.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, havaların isinməsi ilə əlaqədar qəbul olunan mayenin miqdarı da müvafiq olaraq artırılmalıdır: \ Gün ərzində ən azı 1,5 litr maye qəbul etmək lazımdır. Alkoqol və spirtli içkilərdən mümkün qədər uzaq durmalı, əvəzində rahatladıcı və immun sistemini gücləndirən bitki çaylarından istifadə olunmalıdır. Yaz aylarında orqanizmin A,B, və C vitaminlərinə, bir çox minerallara olan tələbatı artır. Ona görə də bu vitamin və minerallarla zəngin qidalara üstünlük verilməlidir.Hazırda elə bir aydır ki, keçən ildən yetişən və qış aylarında olan tərəvəzlərlə yeni çıxanlar bazarda yer alır və insanları bunlardan hansının yaxşı olduğu düşündürür. Əksəriyyət təzə məhsulun yaxşı olduğunu fikirləşir və alır. Ancaq elə tərəvəz və bitkilər var ki, müəyyən kateqoriyalarına görə köhnəsi yeni çıxandan daha xeyirlidi. Məsələn, kartof elə bir bitkidir ki, o uzun müddət qala bilir. Bəzi parametrlərinə görə kartofun köhnəsi təzəsindən üstün sayılır\ .Yaz aylarında orqanizmin A, B və C vitaminlərinə olan tələbatı artır. Həmçinin A vitaminin çatışmazlığı dəridə quruluğa və gözdə zəifliyə səbəb ola bilər. Bu problemlərdən süd, yumurta, balıq və bol miqdarda sarı-narıncı rəngli meyvələrdən istifadə etməklə uzaq olmaq mümkündür. B vitamini çatışmadıqda isə insanda əsəbilik, ürək döyüntülərinin artma halları müşahidə edilir. Bu prolemlərin qarşısını almaq üçün isə ət, yumurta, kələm və kartofdan bol miqdarda istifadə etmək lazımdır. Orqanizmdə C vitaminin çatışmazlığı immuniteti zəiflədir və halsızlıq yaradır.E.Hüseynov istixanalarda yetişdirilən meyvə-tərəvəzlərdən danışarkən bildirdi ki, belələrini alarkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, istixanalarda yetişdirilən bəzi məhsullar zəhərlənməyə səbəb olur: \ Vaxtından əvvəl yetişdirilən qidaların böyük əksəriyyəti insanların səhhəti üçün zərərlidir. Hər bir meyvənin, tərəvəzin öz yetişmə dövrü var və insanlar da bu qidalardan yalnız yetişmə dövründə istifadə etməlidirlər. Hazırda istixanalarda müəyyən süni iqlim şəraitində yetişdirilən müxtəlif bitkilər var. Təbii ki, onların meyvələri təbii yetişən məhsulun keyfiyyətindən aşağıdır. Amma bir məsələ var ki, istixanalarda müxtəlif gübrələrdən, çürümüş maddələrdən istifadə edilə bilir. Bitkilərə həddən artıq gübrə vermək və digər amillər tərəvəzlərə də öz təsirini göstərir. Qarpızdan, pomidordan zəhərlənmə halları göstərir ki, bunlar yetişdirilən zaman həddən artıq gübrə və müxtəlif situmullaşdırıcı qidalar verilib. Ona görə də bu cür meyvələri alarkən onların içərisinə diqqət etmək lazımdır. Məsələn, qarpızın içərisində uzun zoğlar varsa, yaxşı olar ki, yeyilməsin. Bu, pomidora da aiddir\ .Aliyə SƏMƏDOVA