Vəhşiliyin görünməmiş təzahürü


Baxıldı : 154

Tarix : 2017-02-24 23:56:47


25 il əvvəl bir şəhərdə bir dünyanı heyrətə gətirə biləcək qədər dəhşətli hadisə baş verdi. Azərbaycanın gözəl Qarabağ bölgəsinin dilbər guşələrindən olan Xocalı yaşayış məntəqəsi bir gecənin içərisində cəhənnəmə çevrildi. Bu şəhərdə ən qorxulu yuxularda belə görünməsi mümkün olmayan fa-ciələr törədildi. Günahsız insanlar bir-birinə bağlanıb tonqal kimi diri-diri yandırıldı. Zirzəmilərin qaranlığından həyat uman uşaqlar, qocalar, qadınlar tapılıb öldürüldü. Ayaqyalın qarın üstündə addımlayan, özü də hara pənah apardığını bilməyən, şəhər əhli gülləbarana tutuldu. Bütün bu qeyri-insani dəhşətləri törədən ermənilər hələ də cəzasız qalıblar. Cinayətkar əməllərini davam etdirməkdən usanmırlar.

Əlbəttə, xalqımız heç vaxt bu ədalətsizliklə barışmayacaq. Dövlətimiz Xocalı soyqırımının günahkarlarının dünya miqyasında ifşa olunması istiqamətində nəticəli siyasət həyata keçirir.

Artıq dünyanın hər yerində erməni işğalçıları lənətlənir. Çox sayda dövlət Xocalı qırğınını soyqırımı kimi tanıyıb. "Xocalıya ədalət!" kampaniyasına qatılanların sayı ildən-ilə artır.

Biz heç kimə borclu qalmamışıq, nə dosta, nə də düşmənə. Bu həqiqəti erməni xalqının başında duran qatillər də yaxşı bilməlidirlər!

 

Əsrlərdən bəri müharibələr, qovğalar zaman-zaman insanları izləmiş, sanki onların sakitliyinə qısqanclıqla yanaşmışdır. Bu müharibələrin yaranmasında müəyyən siyasətçilər bəhanə taparaq işğal, qırğın, talan törətmişlər. Lakin Xocalı soyqırımının törədilməsi üçün kiçik bir bəhanə də olmamışdır. Azərbaycanın halal çörəyi, suyu, havası ilə ərsəyə gələn, yüksək səviyyələrə çatan ermənilər xaricdəki havadarlarının köməyi ilə və özlərinin ermənilik xisləti ilə heç bir hərbi strateji əhəmiyyət kəsb etməyən yaşayış məntəqəsinin dinc əhalisinə vəhşiliklə divan tutdular.

Əliyalın igidlər, yaşlı kişilər və qadınlar, körpə uşaqlar, ana bətnindəki körpələr məhz azərbaycanlı olduqları üçün güllələrə və nizələrə tuş gəldilər.

Ermənilərin ən yırtıcı heyvandan da vəhşi xislətə malik olduqları bu soyqırımı zamanı bir daha ortaya çıxdı. Özlərini "yazıq", "bədbəxt" adlandıran ermənilər günahsız xocalılardan əsir götürdüklərini, eləcə də qaçıb canını qurtarmağa çalışan dinc əhalini elə ağılasığmaz, dəhşətli işgəncələrlə qətlə yetirirdilər ki, bu vəhşilik heç bir millətdə, hətta alman fasiştlərində də görülməyib.

Ermənilər nəinki dirilərin, hətta öldürdükdən sonra cəsədlərin üzərində də xüsusi vəhşiliklər edir, cəsədlərin dərilərini soyur, orqanlarını kəsir, hamilə qadınların qarınlarını yarıb, balalarını süngüyə keçirir, kütləvi şəkildə yandırır və ya basdırırdılar.

Əsrlərboyu millətimizə qarşı ermənilərin apardığı düşmənçilik, paxıllıq, həsəd hissi heç bir zaman tükənmədi, heç tükənməyəcək də. Çünki erməni anaları hələ beşik başında övladlarına layla çalanda türklərə, azərbaycanlılara qarşı nifrət, qəddarlıq, qaniçənlik laylası çalırlar. Bununla da öz bədbəxtliklərinin təməlini qoyurlar. Çünki ermənilər dünyada ancaq vəhşi, qəddar, qaniçən, işğalçı bir millət kimi tanınmışlar. Belə millətlər isə məhvə məhkumdur.

25 ildir ki, torpaqlarımız əsarətdədir. Xocalı şəhidləri sanki dünən qırılıb. Yaralarımız təzədir, şəhid ruhları nigarandır. Hələ də əsir yolu gözləyənlərimiz var.

İşlədiyim Xocalı şəhər 1 saylı tam orta məktəbində onlarla şəhid ailəsi olan müəllimlərimiz var. Atasını, qardaşını itirən Nazilə müəllimə. Qardaşını, həyat yoldaşını itirmiş Tamella müəllimə. Atasını itirmiş Nəvai müəllim. Nənəsini, babasını itirmiş Gülnar müəllimə. Atasını itirmiş Ruhiyyə müəllimə. Yeganə qardaşını itirmiş mən....

Müəllim kollektivimiz şagirdlərimizə yaxşı elm öyrətməklə bərabər, onlara vətənpərvərlik, mübarizlik, torpağa bağlılıq ruhunda tərbiyə verir, qələbəyə ruhlandırırlar.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri İsmayıl Əliyev, komitənin digər əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar tədbirlərə təşkilatçılıq edir.

Allahın izni ilə haqq öz yerini tapacaqdır. Mənim mərd, vətənpərvər, qəhrəman xalqımın güclü ordusu, qətiyyətli Ali Baş Komandanı var. İnşallah, gün gələcək erməni vəhşiləri öz layiqli cəzasını alacaq, torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanımız qələbə çalacaq. O gün uzaqda deyil.

Nəzani Qaçay qızı

HƏSƏNOVA,

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi