Veloidman və atletika yarışının qalibləri


Baxıldı : 92

Tarix : 2017-05-05 22:26:22


"Gənclik" TİC Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika Universiadasının növbəti oyunları baş tutub. Aprelin 24-də Veloparkda təşkil olunan veloidman yarışında 8 komanda iştirak edib. 

Birinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təmsilçiləri tutublar. Milli Aviasiya Akademiyası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə üçüncü olub.

***

Aprelin 27-də Respublika Olimpiya Mərkəzinin stadionunda tələbələr arasında keçirilən atletika yarışında 11 komanda mübarizə aparıb. Yekun nəticəyə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idmançıları fəxri kürsünün ilk pilləsinə sahib olublar. Sumqayıt Dövlət Universitetinin komandası ikinci sırada qərarlaşıb. Bakı Dövlət Universitetinin təmsilçiləri üçlüyü tamamlayıblar.

Azər MUSTAFAYEV