Velosipedi çox sürənlər


Baxıldı : 79

Tarix : 2017-07-07 22:17:44


Müntəzəm surətdə velosiped sürmək sağlamlığa və ömrün uzanmasına yaxşı təsir göstərir.

Kopenhagendəki Bispebjerg Universitet Xəstəxanasının professoru Piter Şnorun rəhbərliyi ilə alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar.

Onlar 20 il əzrində 21 yaşından 90 yaşınadək hər iki cinsdən olan və hər gün velosiped sürən 5 min adamı müşahidə ediblər. Məlum olub ki, velosipedi sürətlə sürən kişilər onu asta sürən kişilərdən 5,3 il çox yaşayıblar. Orta sürətlə gedənlər isə 2,9 il çox ömür sürüblər. Qadınlar üçün bu göstəricilər müvafiq surətdə 3,9 və 2,2 il olub.

Beləliklə, məhz velosipeddə intensiv hərəkət insan ömrünü daha da uzadır.

Azər MUSTAFAYEV