Venera planetinin xüsusiyyətləri


Baxıldı : 37

Tarix : 2017-09-08 17:21:44


Venera çox vaxt Yerin bacısı adlandırılır. Öz ölçüləri, xüsusi halda tərkibi ilə Venera mavi planeti xatırladır. Amma hər halda iki planetdə fərqlər oxşarlıqlardan çoxdur.

Onun atmosferi əsasən karbon qazından ibarətdir. Venerada atmosfer təzyiqi çox yüksəkdir. Planetin səthində daim qatı və şəffaf olmayan sulfat turşusu buludu var. Odur ki, onun relyefinə teleskopda baxmaq mümkün deyil. Yalnız XX əsrdə radioteleskopların ixtirası ilə astronomlar Veneranın səthini tədqiq edə bildilər və orada qayalıq peyzaj aşkar etdilər. Hipotezlərin birinə görə, əvvəllər Venerada Yerdəkinə bənzər okeanlar olub, amma olduqca yüksək temperatur səbəbindən onlar buxarlanıb, buxarlar isə günəş küləkləri tərəfindən aparılıb. Beləliklə, Yer ilə oxşarlıq az qalıb.

 

Azər MUSTAFAYEV