“Vətən sizə əmanətdir” şəhidlərin xatirəsinə həsr olunmuş tədbir


Baxıldı : 301

Tarix : 2019-04-05 18:46:59


Aprelin 2-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA), Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Ərazi ilk Partiya Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən sizə əmanətdir” adlı tədbir keçirildi.

İlk olaraq, Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AƏSMA-nın rektor köməkçisi Sirac Məmmədov dedi: “Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Çünki ordumuzun sıralarında əsl vətənpərvər, fiziki cəhətdən möhkəm, hərbi texnikadan mükəmməl istifadə etməyi bacaran gənclərimiz var.

Sirac müəllim bütün bu keyfiyyətlərin gənclərimizdə formalaşmasında dövlətimizin gənclər siyasətində oynadığı rolu yüksək qiymətləndirdi.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Ərazi İlk Partiya Təşkilatının sədri Hökümə Əkbərova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyub. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını söylədi, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduqlarını dedi.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Eldar Qurbanov cənab İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından söz açdı. Bildirdi ki, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği mütəmadi olaraq artırılır. Şəhid ailələrinin sosial müdafiəsinin ildən-ilə yaxşılaşması, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi digər tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır.

Sonda video çarx nümayiş etdirildi.