Vətəndaşların tibbi sığorta hüququ təmin edilməlidir


Baxıldı : 71

Tarix : 2017-09-29 23:45:21


ABŞ-ın Kaliforniya ştatında "Sağlam Kaliforniya" kampaniyası çərçivəsində ştat məclisində səsverməyə çıxarılması nəzərdə tutulan "Hər kəs üçün Tibbi Sığorta" layihəsi demokratların nümayəndəsi Antony Rendon tərəfindən qəbul edilməyib. Vəziyyət Kaliforniya Tibb Bacıları Assosiasiyası və Milli Tibb Bacıları Həmkarlar İttifaqının (MTBHİ) etirazına səbəb olub. MTBHİ-nin katibi Marta Kuhl kampaniya çərçivəsində Kaliforniyanın 80 fərqli bölgəsində  komissiyalar təşkil olunaraq hər kəsin tibbi müayinə və sığorta ilə təminatının planlaşdırıldığını, lakin layihənin səsverməyə çıxarılmaması ilə burada yaşayanların hüquqlarının tapdalandığını qeyd edib. O bildirib ki, ştatın idarə orqanlarında demokratlar əsas vəzifədədir və ölkənin tibbi sığorta ilə bağlı qanunvericiliyinin tətbiqinə imkan yaradılmır: "Biz məclisdə çıxarılan qərarın dəyişdirilməsi və hər kəsin tibbi sığorta ilə təminatını nəzərdə tutan qanunun səsverməyə çıxarılmasına ancaq birlikdə mübarizə apararaq nail ola bilərik. Bunun üçün insanların dəstəyinə ehtiyacımız var.

Cavid SƏFƏROV