Vətənin gözəlliyindən həzz aldılar


Baxıldı : 48

Tarix : 2019-09-02 07:07:25


Hər il olduğu kimi, bu il də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi üzvlərinin asudə vaxtlarının təşkilinə və sağlamlıqlarının qayğısına qalmağa xüsusi diqqət ayırmışdır. İstirahət günlərində müxtəlif idman yarışları təşkil edilmiş, qaliblər mükafatlandırılmışlar. Sağlamlıqlarını bərpa etmək üçün müraciət etmiş 80 nəfərdən çox təhsil işçisinə müxtəlif sanatoriyalara yollayışlar verilmişdir.

Respublika Komitəsinin Nabranda yerləşən “Təhsil” İstirahət Mərkəzində 25 nəfərdən çox müəllim dincəlmişdir. Bundan əlavə, şəhər 1, 2, 3, 4, 5 nömrəli, Cülyan kənd tam orta məktəbin və digər təhsil ocaqlarının kollektivləri Qax, Şəki, Oğuz, Göygöl rayonlarına, Gəncə şəhərinə ekskursiyalara aparılmışlar. Onlar Qax və Şəki şəhərlərinin tarixi abidələrini və Azərbaycanın incisi olan Göygölü seyr etmiş, təbiətin yaratdığı əsrarəngiz gözəllikdən həzz almışlar. Sonra təxminən beş yüz metr hündürlükdə olan məşhur “Maralgöl”ə qalxıb burada xatirə şəkilləri çəkdirdilər. Məşhur “Xan bağı”nı, Nizami Gəncəvinin möhtəşəm məqbərəsini ziyarət etdilər.

     

Hafiz KƏRİMOV,

TİAHİ İsmayıllı Rayon Komitəsinin sədri