VI Beynəlxalq yarışa və VII Ümumrespublika  birinciliyinə yekun vurulub


Baxıldı : 136

Tarix : 2018-07-09 06:46:23


İyunun 30-da  Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının, Təhsil,   Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş “Gəncxilasedici” VI Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VII Ümumrespublika birinciliyinə yekun vurulub. Yekun tədbirlərində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov iştirak ediblər. Əvvəlcə gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib. Sonra  Qəbələ Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş mükafatlandırma mərasimi zamanı yarışlardan bəhs edən FHN-in hazırladığı videoçarxın nümayişi baş tutub. Qaliblərə Fəxri Fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə xatirə hədiyyələri verilib.

Qeyd edək ki, beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Qazaxıstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin, ikinci yerə Quba, üçüncü yerə isə Qax rayonunun komandaları layiq görülüblər.

Azər