Voleybol oyunu başa çatıb


Baxıldı : 99

Tarix : 2017-04-14 22:44:21


“Gənclik" TİC Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Universiadası davam edir. Təqvim planına uyğun olaraq martın 13-19-da  Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında voleybol (qadınlar) yarışları təşkil olunub. Yarışda 11 komanda iştirak edib.

Tələbələr arasında başa çatmış voleybol yarışının nəticəsinə görə  birinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası tutub. İkinci yeri Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçiləri qazanıblar. Üçüncü pillədə  Azərbaycan Tibb Universitetinin tələbələri qərarlaşıblar.

Kişilər arasında  voleybol yarışı 27 mart-04 aprel tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında keçirilib. 11 komanda qalibi müəyyən etməyə çalışıb. Fəxri kürsünün ilk  pilləsinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri sahib olublar. Sonrakı yerləri müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Tibb Universitetinin komandaları bölüşüblər.

 

A. Mustafayev