Voleybol üzrə çempionat


Baxıldı : 43

Tarix : 2018-11-03 04:57:18


Oktyabrın 22-26-da Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının və  İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib. Çempionatın ilk üç günü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutub. Yarışda 150-yə yaxın idmançının təmsil olunduğu 13 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin komandası ikinci yerə, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası isə üçüncü yerə layiq görülüb.

Tədbirdə çıxış edən FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmasının əhəmiyyətindən danışıb, komandaları təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.

Sonda qalib komandalara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Azər MUSTAFAYEV