Voleybol yarışları keçirilib


Baxıldı : 231

Tarix : 2016-11-18 03:42:00


Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir. Təqvim planına uyğun olaraq bu dəfə oğlanlar arasında voleybol yarışları keçirilib və oyunlar Azərbaycan Dəniz Kollecinin idman zalında baş tutub.Bütün rəqiblərinə qalib gələn Azərbaycan Pedaqoji Kollecinin komandası birinci olub. Azərbaycan Dənizçilik Kollecinin təmsilçiləri ikinci, Bakı Dövlət Sosial İqtisad Kollecinin yetirmələri isə üçüncü pillədə qərarlaşıblar. Azər MUSTAFAYEV