Windows 10-un detalları açıqlandı


Baxıldı : 275

Tarix : 2015-01-24 06:03:00


Microsoftun ABŞ-ın Seattle şəhərindəki ümumi mərkəzində təşkil etdiyi yığıncaqda yeni əməliyyat sistemi Windows 10-la əlaqədar detallar açıqlanıb. Yığıncaqda Windows 7, 8 və 8.1 istifadəçilərinin bir il müddətində yeni əməliyyat sisteminə pulsuz keçə biləcəyi, Windows Holographic adlı yeni bir layihənin elanı da edilib.Yığıncaqda danışan Microsoftun Üst Səviyyə İdarəçisi (CEO) Satya Nadella, \'\'İnsanların Windowsu gündəlik əsasda sevməsini istəyirik \'\' deyib.Edilən şərhlərə görə, yeni əməliyyat sistemi bütün platformalarda çalışacaq. Yeni əməliyyat sistemində sınaq versiyası ortaya çıxan başlanğıc menyusu olacaq.CAVİD