Xəmsə\ bilik yarışı keçirilib


Baxıldı : 272

Tarix : 2016-11-18 04:27:00


\ Azərikimya\ İstehsalat Birliyinin (İB) təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş \ Xəmsə\ bilik yarışması keçirilib. İstehsalat Birliyinin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, AMEA Polimer Materialları İnstitutunun, MDU-nun Bakı filialının, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Dövlət Texniki Kollecinin, \ Paşa-Həyat Sığorta\ ASC-nin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Karbamid zavodunun, FHN-in Sumqayıt Regional Mərkəzinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, \ N\ saylı hərbi hissənin, \ ASAN xidmət\ in və digər müəssisələrin 20-dək komandası qatılıb. Bilik yarışmasında \ Azərikimya\ İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb.Qalib komandalara \ Azərikimya\ İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub.