Xərclərin azaldılması üzrə plan


Baxıldı : 204

Tarix : 2015-12-05 05:22:00


\ HSBC Holdings Plc\ maliyyə konqlomeratı xərclərin azaldılması üzrə plan çərçivəsində kommersiya bankçılığı bölməsinin 2000-dək əməkdaşını işdən azad etmək niyyətindədir. İxtisarlar ötən həftədən başlanılıb və gözlənilənlərə görə iki il davam edəcək.Bank sektorunda çalışanların maraqlarını qoruyan həmkarlar ittifaqı təşkilatları kütləvi ixtisarların əleyhinə çıxış ediblər və prosesin onların nəzarəti altında həyata keçirilməsinə çağırıblar. Rəhbərlik tərəfindən bu plana yenidən baxılması tələbini irəli sürüblər.Elçin ZAKİRİ