Xüsusi tədbirlər qaçılmazdır


Baxıldı : 204

Tarix : 2016-01-23 11:42:00


Xatırladaq ki, hələ 2015-ci ilin əvvəlində birinci inflyasiyadan sonra Prezident sahibkarlığın inkişafını gücləndirmək üçün inhisarçılığın aradan qaldırılmasının vacib oluğunu bildirmiş, bu istiqamətdə konkret addımların atılacağına işarə etmişdi: \ Biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik.\ İqtisadçı Oqtay Haqverdiyev açıqlamasında bildirdi ki, monopoliyanın olması mətbuatda çoxdandır səsləndirilirdi: \ Belə mənfi təzahürlər hər yerdə var. Təbiidir ki, bütün bunlar iqtisadiyyatda parazit amillər sayılır. Korrupsiya, monopoliya olan yerdə iqtisadi irəliləyiş zəif olur. Monopoliya ilk növbədə sağlam rəqabətin qarşısını alır. Sağlam rəqabət olmayan yerdə isə iqtisadi irəliləyişdən söhbət gedə bilməz. Çünki bazar tələb və təklif əsasında formalaşır. Təklif çox olanda alıcı seçim edə bilir. Bu da yaxşı və keyfiyyətli əmtəələrin daha çox satılmasına gətirir. Birmənalı şəkildə bəyan edirəm ki, monopoliyanın aradan tam qaldırılması nəticəsində ölkənin iqtisadiyyatında sürətli sıçrayış olacaq\ .Devalvasiya nəticəsində qiymətlərin artması ailə büdcəsinə, xüsusən də aztəminatlı və orta təbəqənin güzəranına mənfi təsir edib.Millət vəkili Əli Məsimlinin fikrinə görə, vəziyyətdən çıxmaqdan ötrü hökumət \ Təxirəsalınmaz tədbirlər paketi\ hazırlayıb həyata keçirməlidir. Monopoliyanı aradan qaldırmaqdan ötrü isə cəmiyyət həyatının bütün sahələrində radikal islahatların aparılması lazımdır. Mövzu ilə bağlı iqtisadçı-ekspert Ruslan Atakişiyevə müraciət etdik. İlk olaraq ekspert qeyd etdi ki, monopoliyalar iki hissəyə bölünür - təbii inhisar və süni inhisar. Təbii inhisar hər hansı bir yeniliklər və innovasiyalardır. Bazar iqtisadiyyatı qanunlarının düzgün işlədiyi ölkələrdə \ süni qiymət\ anlayışı olmur. Əgər süni qiymət varsa, monopoliyalar var, bazara qeyri-qanuni müdaxilələr var. Deməli, bazarın vəziyyətini konkret şəxslər və maliyyə qrupları müəyyənləşdirir. Azad bazarın sərbəst fəaliyyətini məhdudlaşdıran hər hansı bir halın qarşısının alınması monopoliyanin aradan qaldırılması deməkdir. R. Atakişiyev vurğuladı ki, gömrük prosedurların elektronlaşdırılması və \ ASAN\ laşdırılması monopoliyanın aradan qaldırılmasına və bazarda qiymətlərin azalmasına gətirib çıxaracaq xalis rəqabətin yaranmasına səbəb ola bilər.Ekspertlər lisenziyalaşma ilə bağlı verilən son fərmanı irəliyə müsbət addım kimi dəyərləndirdilər. Dedilər ki, lisenziyanın müddətsiz olması, xərclərin azaldılması və verilmə müddətinin 2 günə endirilməsi kifayət qədər radikal bir qərardır. Bu məqamla bağlı Sinqapur misal gətirildi: \ Müstəqillik əldə edən zaman Sinqapur korrupsiyadan ən çox əziyyət çəkən ölkə sayılırdı. Korrupsiya ilə mübarizə qanunların və qərarların qəbulu prosedurlarının sadələşdirilməsindən başlandı. Hətta hər hansı bir sahədə fəaliyyətə başlamaq üçün icazə və lisenziya almağa da ehtiyac yox idi\ .İqtisadçı alim Vüqar Bayramov dedi ki, Neft Fondunun yaradılması Norveç modelinə uyğun idi, amma, təəssüflər olsun ki, Norveç modelində olduğu kimi olmadı. Norveç modelinin əsas prinsipi odur ki, neft gəlirinin yalnız 4 faizi ölkəyə girir. Birbaşa gələn gəlirlə qiymətli kağızlar, əmlak alınır. Hökumət yalnız bu kağız və əmlakların gətirdiyi gəliri götürür. Ekspert Neft Fonduna belə yanaşmanın Azərbaycanda da tətbiqini faydalı hesab edir.G.RAFAYILQIZI