Xalq şairi anılıb


Baxıldı : 416

Tarix : 2016-06-03 05:12:00


Mayın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Universitetin həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şairin qələm dostları, ailə üzvləri, müğənnilər, bu təhsil ocağının professor-müəllim heyəti və tələbələri iştirak ediblər.AzTU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək Xalq şairi Süleyman Rüstəmin Vətənə, xalqa olan məhəbbətinin onun poeziyasında əks olunduğunu qeyd edib və şairin yaradıcılığına bugünkü gənclərin də müraciət etdiyini vurğulayıb. Çıxışlarda həmçinin XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin 60 ildən çox bir hissəsini əhatə edən Süleyman Rüstəm yaradıcılığının xalqımızın milli sərvəti olduğu bildirilib. Sonra şairin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib. Tədbirin sonunda şairin oğlu Azad Rüstəmov atası haqqında deyilən xoş sözlərə görə bütün çıxış edənlərə və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.