Xalq tətbiqi sənətinin sirli aləmi


Baxıldı : 322

Tarix : 2018-06-02 01:35:48


Mayın 24-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Xalq tətbiqi sənətinin sirli aləmi” adlı 5 nominasiya (“məişət tullantıları”, “ip-toxuma və muncuq”, “oyma və yandırma”, “konstruksiya” və “tikmə”) üzrə Şəki şəhər 12 saylı tam orta məktəbdə kollec, peşə, ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələrində çalışan ittifaq üzvlərinin iştirakı ilə əl işlərindən ibarət sərgi-müsabiqə təşkil edilib. Sərgidə 70 ümumtəhsil müəssisəsindən 120 ittifaq üzvünün iştirakı ilə 330 əl işi nümayiş etdirilib.

Tədbirdə TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki Şəhər İcra Hakimiyyətinin  nümayəndəsi Mayis Səlimov, Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və digərləri çıxış ediblər.

Müsabiqənin qalibləri və fərqlənən iştirakçılar TİAHİ Şəki Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıblar.

Azər MUSTAFAYEV