Xalq yazıçısı ilə görüş


Baxıldı : 248

Tarix : 2017-03-31 22:21:27


Martın 29-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak edib. Əvvəlcə dünya şöhrətli böyük yazıçımız və görkəmli ziyalımız Çingiz Abdullayevin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra isə Xalq yazıçısı tələbələrin suallarını cavablandırıb. Gənclərin şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətindən danışaraq həm fərd, həm də dövlət olaraq güclü olmanın tək yolunun keyfiyyətli təhsil olduğunu bildirib.

Tədbirin sonunda Akademiyanın rektoru, professor Hüseyn Qaraşov çıxış edərək Xalq yazıçısına görüşdə iştirakına görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Azər MUSTAFAYEV