“Xatirə lövhəsi”


Baxıldı : 322

Tarix : 2018-02-24 01:03:41


Oğuz rayonunun T.Babayev adına Yaqublu kənd tam orta məktəbində pedaqoji fəaliyyətində xüsusi iz qoymuş müəllimlərin “Xatirə lövhəsi”nin açılış mərasimi olmuşdur. Tədbiri giriş sözü ilə məktəbin direktoru İmran Verdiyev açmışdır. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Telman Mustafayev çıxış edərək bu tədbirin əhəmiyyətindən danışdı.

Dedi ki, ən yaxşıların qiymətləndirilməsi, tanıdılması gənc müəllimlərin peşəkarlıq həvəsini daha da artırır. Belə tədbirlər mənəvi stimullaşdırma baxımından çox faydalıdır.

Telman müəllim yeri gəlmişkən bildirdi ki, biz gələcəyimiz naminə keçmişi xatırlamaqla vəzifəmizi bitmiş hesab etməməli, dövrünün qabaqcılı olan pedaqoqların iş təcrübəsini öyrənib gənc nəslə ötürməliyik.

Mərasimdə digər çıxışlar da dinlənildi.

Çıxışlar başa çatdıqdan sonra “Xatirə lövhəsi”nin önünə tər çiçək dəstələri qoyuldu, şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olundu.

 Bəyalı RZAYEV