Xərçəngin faydalı dərmanı


Baxıldı : 117

Tarix : 2017-04-14 22:37:55


Soğanın ən böyük faydası son zamanların ən ölümcül xəstəliyi olan xərçənglə mübarizə aparmasıdır. Belə ki, hələ 2011-ci ildə aparılan bir araşdırmaya görə, müntəzəm olaraq qırmızı soğandan istifadə mədə xərçəngi riskini bir neçə dəfə azaldır.

Digər araşdırmanın nəticələrinə görə, antioksidant təsiri sayəsində soğan ağciyər və mədəaltı vəz xərçənginin yaranma riskini aşağı salır. Məsələn, İngiltərədə prostat xərçənginə yoluxma göstəriciləri soğandan bol-bol istifadə edən Honqkonq, İran və Türkiyə ilə müqayisədə 5 dəfə çoxdur. Qandakı şəkər səviyyəsini tənzimləyən soğan şəkər xəstələri üçün də əvəzsiz bir vasitədir. Soğan mikrobları öldürür, qriplə ən yaxşı mübarizə aparan təbii vasitədir. Qanda və bədəndəki zərərli maddələri təmizləyir.

Soğan doğrandıqdan sonra ən gec 30 dəqiqə ərzində istifadə edilməlidir.

Bir çox insan qoxusuna görə soğan

yeməkdən çəkinir. Amma bu faydalı tərəvəzi yedikdən sonra cəfəri yesəniz qoxu problemini aradan qaldırmış olarsınız.

A. Mustafayev