Xəstəliyi müəyyən edən bilərzik hazırlanır


Baxıldı : 317

Tarix : 2018-01-26 19:34:17


“Nokia”nın baş direktoru Raciv Suri şirkətin xərçəng xəstəliyinin yaranmasını bir neçə ay əvvəl proqnozlaşdıracaq qeyri-adi bilərziyin hazırlanması ilə məşğul olduğunu açıqlayıb. Bu barədə baş direktor Davos Dünya İqtisadi Forumunda məlumat verib.

“Güman edirik ki, biomarkerlər vasitəsilə xərçəng yaranmamışdan bir neçə ay əvvəl onu proqnozlaşdırmaq mümkün olacaq”, - o deyə qeyd edib.

Baş direktorun sözlərinə görə, bilərzik insan qanında xolesterinin, şəkərin və ya süd turşusunun miqdarını skan etməklə xərçəngin qarşısını almağa kömək edəcək.

Həmçinin “Nokia”nın baş direktoru bildirib ki, tibb sahəsinin gələcəyi portativ skanerlərdən istifadədən, beşinci nəsil mobil rabitə (5G) texnologiyası və teletibdən asılıdır. O, əminliyini ifadə edib ki, “5G” rabitəsinin istifadəyə verilməsi ilə distansiyalı cərrahiyyə mümkün olacaq, çünki bu, informasiya mübadiləsində yubanma hallarını aradan qaldırmağa imkan verəcək.

Azər MUSTAFAYEV