Xeyriyyə Bürosunun növbəti aksiyası


Baxıldı : 35

Tarix : 2019-11-08 05:20:12


BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) yanında fəaliyyət göstərən Xeyriyə Bürosunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində xeyriyyə tədbiri keçirilib.

Ənənəvi hal alan bu tədbirdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nihad Allahyarlı, Xeyriyyə Bürosunun koordinatorları Milena Məhəmmədi, Rəfiqə Nurəliyeva və 35 nəfər aktiv tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən THİK-in sədri Nihad Allahyarlı dövlətin əlil və fiziki qüsurlu uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın start verdiyi sosial islahatlar ölkəmizdəki bütün sahələrdə olduğu kimi, internat məktəblərində də nəzərəçarpacaq dərəcədə görünür.

Görüşdə internat məktəbində təhsil alan və yaşayan şagirdlərə qida məhsulları , məktəb ləvazimatları, oyuncaqlar və bədii kitablar hədiyyə edilib.