XIV Respublika Universiadası başa çatıb


Baxıldı : 49

Tarix : 2019-11-25 05:01:33


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında keçirilən XIV Respublika Universiadası başa çatıb.

10 idman növü üzrə təşkil edilən universiadada ən yüksək nəticə göstərən Azərbaycan Tibb Universitetinin komandası birinci yeri tutub. Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçiləri, müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Xatırladaq ki, XIV Respublika Universiadasında 23 ali təhsil müəssisəsindən 986 tələbə-idmançı mübarizə aparıb ki, onlardan 786-sını oğlanlar, 200-nü isə qızlar təşkil edib.