Xocalı-əsrin soyqırımıdır\


Baxıldı : 188

Tarix : 2015-02-28 02:32:00


\ Xidmət-İş\ Həmkarlar İttifaqları Federasiyası fevralın 24-də \ Xocalı-əsrin soyqırımıdır\ mövzusunda dəyirmi masa keçirib.Dəyirmi masanı Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova açaraq qeyd etdi ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçıları 7 min əhalisi olan Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinə vəhşicəsinə hücum etdilər. Şəhərə od vurub yandırdılar, ağlasığmaz qəddarlıqlar, amansız qırğınlar törətdilər.Xocalı faciəsi son yüz ildən artıq bir dövrdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsidir.Xocalı azərbaycanlıların minilliklərdən bəri məskunlaşdığı yerdir və burada qədim tarixi abidələr işğal gününə qədər qalmaqda idi. Müasir Xocalı da Qarabağın mühüm şəhərlərindən sayılırdı. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə Xocalıda yerli sakinlərlə bərabər, Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 Ahıska türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş müəyyən sayda azərbaycanlı ailələri də məskunlaşmışdı.Xocalı strateji baxımdan da böyük əhəmiyyət daşıyırdı. Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə Qarabağ dağı silsiləsində yerləşir.S.Tahirova sonra dedi: 1994-cü il martın 1-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədər xüsusi Fərman imzalamışdı. Milli Məclisin qərarı ilə 26 fevral \ Xocalı soyqrımı günü\ elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdi. Ulu öndər bu hadisədən bir neçə il sonra xocalılarla görüşərkən demişdi: \ … Bu soyqırımın nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyədən kənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz\ .Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədər xalqa müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: \ Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür\ .Sadət xanım təəssüflə demişdir ki, Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Uzun illərin təcrübəsi göstərir ki, biz haqqımızı ancaq öz gücümüzü birləşdirməklə bərpa edə bilərik.Dəyirmi masada Federasiyanın Bakı və Sumqayıt şəhər komitələrinin liderləri və fəalları iştirak ediblər.B.RZAYEV