Xoş əhvali-ruhiyyə yaradır


Baxıldı : 134

Tarix : 2017-02-25 00:10:03


Gündəlik hətta az miqdarda meyvə-tərəvəz yemək ovqatı yüksəldir. Bu qənaətə alimlər apardıqları tədqiqatın sonunda gəliblər. Tədqiqat iki həftə davam edib və bu müddət ərzində könüllülərə iki əlavə porsiya meyvə-tərəvəz verilib.

Tədqiqatda iştirak edən 171 adam üç qrupa bölünüb. Birinci qrupdakı adamlara onların adət etdiyi yemək rasionu, ikinci qrupa meyvə-tərəvəz almaq üçün kupon, üçüncü qrupa isə bişirilməmiş meyvə-tərəvəzdən ibarət əlavə porsiya verilib. Yaxşılaşma yalnız üçüncü qrupda müşahidə edilib, çünki ikinci qrupdakı adamlar meyvəni alsalar da, ondan yemək hazırlamaq üçün istifadə ediblər.

Azər MUSTAFAYEV