Xoş söz və mükafat hər ikisini “Ülfət”in əməkdaşlarına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hədiyyə etdi


Baxıldı : 474

Tarix : 2020-07-27 04:56:54


 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi xidmət dairəsində olan “Ülfət” qəzeti əməkdaşlarını milli mətbuatımızın 145-ci ildönümü münasibətilə təbrik etmişdir. Respublika Komitəsinin şöbə müdirləri       Nərgiz Quliyeva və Zaur Həmidov qəzetin həmkarlar ittifaqı hərəkatında müstəsna rola malik olduğunu qeyd etmişlər.
Demişlər ki, sahə, şəhər, rayon həmkarlar ittifaqlarının, ilk təşkilatların fəaliyyəti “Ülfət”də geniş şəkildə və operativ işıqlandırılır. Dünya həmkarlar ittifaqı hərəkatı barədə məlumatlar dərc olunur. Hər bir ittifaq üzvü öz hüquqları barədə “Ülfət”in səhifələrində dürüst məlumat ala bilir.
Onlar Respublika Komitəsinin sədri Cəmilə xanım Səttarovanın səmimi təbriklərini də çatdırdılar. Bildirdilər ki, Cəmilə xanım sizi, sizin timsalınızda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının xidmətinə daxil olan bütün jurnalist kollektivlərini bu əlamətdar gün münasibətilə təbrik edir. Hər birinizə Azərbaycanın dövlətçiliyinin daha da möhkəmlənməsi, xalqımızın təhlükəsizliyi və yüksək rifahı uğrunda apardığınız çətin, lakin şərəfli işinizdə uğurlar arzulayır.
“Ülfət” qəzetinin böyük mütəxəssisi, Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil Əliyeva diqqətə, söylənən xoş sözlərə görə MİHİ RK-ya kollektiv adından təşəkkür etdi. Dedi ki, biz həmişə AHİK-in, onun sədri millət vəkili Səttar Möhbalıyevin qayğısını hiss etmiş, bu qayğının üzərimizə qoyduğu məsuliyyəti doğrultmağa çalışmışıq.
Sonda qəzetin əməkdaşlarına Respublika Komitəsinin mükafatları təqdim olundu.