Xoşbəxtliyiniz seçdiyiniz peşədən asılıdır


Baxıldı : 50

Tarix : 2017-08-04 20:20:19


İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, insanın xoşbəxtliyi onun peşə seçimi ilə bilavasitə bağlıdır. İngiltərənin Milli Statistika İnstitutunun keçirdiyi sorğunun nəticələri əkinçilərin, meşə təsərrüfatı işçilərinin və balıqçıların ən xoşbəxt insanlar olduqlarını ortaya çıxarıb.

İnsan rifahı mövzusu üzrə aparılan beynəlxalq araşdırmada adamlardan işdən qazandıqları gəlirdən daha çox çalışdıqları işdə xoşbəxt olub-olmadıqları soruşulub. Bu zaman ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, işində xoşbəxt olan hər üç nəfərdən biri mədən, elektrik, qaz və su təchizatı, kanalizasiya və tullantılar şəbəkəsində çalışan insanlardır. Sorğu zamanı o da aydın olmuşdur ki, masa arxasında işləmək insanları heç də xoşbəxt etmir.

Azər MUSTAFAYEV