İxrac təşviqi sənədinin verilməsinə başlanılır


Baxıldı : 216

Tarix : 2016-04-22 04:41:00


Prezident İlham Əliyev \ İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası\ nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, investisiya təşviqi sənədinın alınması qaydaları və forması, sahibkarlar üçün nəzərdə tutulan güzəştlərlə bağlı məsələlər müəyyən edilib. İqtisadiyyat Nazirliyinin (İN) Strateji Planlaşdırma və Proqnozlaşdırma Şöbəsinin müdiri Yalçın Əzizovun sözlərinə görə, investisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına və stimullaşdırılmasına nail olmaq məqsədilə nəzərdə tutulub. Sənədin verilməsində əsas məqsəd ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsindən ibarətdir. Sahibkarlar bu sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə (İN) ərizə ilə müraciət edəcəklər. Ərizə ilə birlikdə idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı, siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, adı, ölçü vahidində miqdarı göstərilməlidir. Bundan başqa, idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin və investisiya təşviqi sənədinin surəti İN-ə təqdim olunacaq. Nazirlik sənədlərə 7 iş günü müddətində baxacaq və tələb olunan tələblərə uyğun olduqda təsdiqedici sənədi sahibkara verəcək. Nazirlik verdiyi təsdiqedici sənəd barədə məlumatı 3 iş günü müddətində Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə təqdim etməlidir. Əgər sahibkarın təqdim etdiyi ərizədə və ona əlavə olunmuş sənədlərdə göstərilən məlumatlar tələblərə cavab vermədikdə, habelə onlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıq aşkar edildikdə, İqtisadiyyat Nazirliyi təsdiqedici sənədin verilməsindən imtina aktı qəbul etmək hüququna malikdir. Bununla bağlı sahibkara 2 gün müddətində cavab veriləcək. Amma İN sahibkara yenidən bu sənədi əldə etmək üçün şans verəcək. Belə ki, təsdiqedici sənədin verilməsi barədə ərizədə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldığı halda, sahibkarın yenidən ərizə ilə müraciətinə müsbət baxıla bilər. Təsdiqedici sənəd sahibkara müvafiq texnika, texnoloji avadanlıqların və qurğuların ölkəyə idxalı zamanı bir sıra vergi və gömrük güzəştlərini nəzərdə tutur. ELBRUS