Xüsusi mülkiyyətlə olan torpaqlar dövlət ehtiyacları üçün alına bilərmi?


Baxıldı : 19

Tarix : 2019-10-04 17:49:32


Xüsusi mülkiyyətlə olan torpaqlar dövlət ehtiyacları üçün alına bilərmi?

Abidin ƏSGƏROV,

Binə qəsəbəsi.

- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda sualınızın cavabı dəqiqləşmişdir. Qanunun 5-ci maddəsinə əsasən, istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar adıçəkilən Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər:

- xüsusi mülkiyyətdə olan torpaqlar;

- bələdiyyə mülkiyyətində olan torpaqlar.

- Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.

 

Yaşa görə müavinət alıram. Həyat yoldaşım bu günlərdə vəfat etdi. Mən həm də ailə başçısını itirməyə görə müavinət ala bilərəmmi?

 

Sona BƏŞİROVA,

Gəncə şəhəri.

 

- “Sosial müavinətlər haqqında” qanunun 5-ci maddəsinə əsasən, müavinət almaq hüququ olan şəxslərə bu müavinəti seçmək hüququ da verilmişdir.

- dövlət qulluqçularına ömürlük müavinət;

- yaşa görə müavinət;

- əlilliyə görə müavinət;

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;

- ailə başçısını itirməyə görə müavinət;

- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

- beşdən çox uşağı olan qadınlara verilən müavinətlər istisna olmaqla qanunda nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. Qeyd olunanlarda yaşa görə və ailə başçısını itirməyə görə müavinətlər göstərilməmişdir. Odur ki, bu iki növ müavinətin birini seçmək hüququna maliksiniz və bu müavinətlərdən birini ala bilərsiniz.