XX Respublika Spartakiadası keçirilir


Baxıldı : 49

Tarix : 2017-10-14 03:18:50


"Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XX Respublika Spartakiadası keçirilir.

Spartakiada Aviasiya, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Elektroenergetika və Elektrotexnika, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Metropoliten və "Bakı Stil Kompani" işçiləri həmkarlar ittifaqı birliklərinin xidmət sahəsinə aid təşkilatların üzvləri arasında təşkil olunub. Bakı şəhərində oktyabrın 11-dən başlanan və noyabrın 23-dək davam edəcək Spartakiadanın proqramına futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, üzgüçülük, nərd, dama, şahmat və güllə atıcılığı daxildir.

Azər MUSTAFAYEV