Yaşıl dəhliz\ sahibkarlar üçün yeni imkandır


Baxıldı : 168

Tarix : 2016-05-27 09:09:00


Məlum olduğu kimi, Prezident İlham Əliyev \ Yaşıl dəhliz\ digər buraxılış sistemlərindən istifadə qaydaları\ nı təsdiq edib. Yeni sənədin icrası ixracla məşğul olan sahibkarlar, eləcə də ölkəmizə xaricdən qeyri-neft istehsalını təşviqi məqsədilə mal və avadanlıqlar gətirən sahibkarlar üçün əlavə imkanlar açacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fərmana əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçməsi üçün aşağıdakı buraxılış sistemləri tətbiq ediləcək: yaşıl, mavi, sarı və qırmızı dəhlizlər. Malın hansı dəhlizdən keçməsini avtomatlaşdırılmış elektron informasiya sistemi risk qiymətləndirilməsi əsasında həyata keçirəcək. V.Qasımlı bildirib ki, yeni qaydalar şəffaflıq baxımından da mühüm əhəmiyyət kəsb edir. \ Açıq hökumət\ prinsiplərinə əsasən, ölkədə idxal-ixrac qaydalarının şəffaflaşdırılması da nəzərdə tutulub. Bu, idxal və ixracatçılara öz xərclərini optimallaşdırmağa imkan verəcək. \ Yaşıl dəhliz\ dən istifadə zamanı idxalçıdan, sadəcə olaraq, sərhəd buraxılış məntəqələrində məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi tələb olunur. İdxalçı tələb olunan prosedurlara uyğun olaraq gömrük sərhədini keçməzdən ən azı 1 saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərəcək və həmin müddətdə mallar nəzarətdən keçib buraxılacaq. Bu isə onun hansısa əngəllərlə üzləşməsinin qarşısını alacaq. ELBRUS