Yanvarın ...


Baxıldı : 180

Tarix : 2016-01-16 06:03:00


in sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda çıxış edərək bir sıra mühüm məsələlərə toxunub. Prezident giriş nitqində bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib: Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur. Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərib”. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da, əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Həmçinin manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Çünki neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermirdi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək. Bütün bu baş verənlərə rəğmən, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir. Regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir. Ölkəmizdə çox müsbət demoqrafik vəziyyət mövcuddur. Sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir.Prezident İlham Əliyev yekun nitqində 2016-cı ildə görüləcək işlərdən danışıb. Qeyd edib ki, iqtisadi böhranın davam edəcəyi halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. Dünya bazarında neftin ucuzlaşması və gəlirlərin azalması fonunda qeyri-neft sektorunu, ümumilikdə özəl sektoru daha da canlandırmaq üçün ciddi addımların atılması planlaşdırılır. Daha çox xarici investisiya cəlb olunmalıdırÖlkə başçısı bildirib ki, xarici sərmayəni ölkəmizə, xüsusilə qeyri-neft sektoruna cəlb etmək üçün çalışmalıyıq. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq. Hesab edirəm ki, kənd təsərrüfatı sektoruna, sənaye sektoruna, xidmət sektoruna xarici sərmayəni cəlb etmək bizim üçün daha da məqbul sayıla bilər və hökumət bu istiqamətdə ciddi iş aparmalıdır. Bizim iqtisadi qurumlarımız, eyni zamanda xaricdəki səfirliklərimiz də bu işlərə qoşulmalıdırlar, potensial investorlara Azərbaycan haqqında daha da geniş məlumat verilməlidir. Yerli sahibkarlar da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar. Onların işinə müdaxilə etməməlidirlər, əksinə, onları təşviq etməlidirlər və mütəmadi qaydada məlumat verməlidirlər ki, hər bir bölgə üzrə nə qədər investisiya qoyulubdur, investisiyanın mənbəyi nədir. Vergi yığımları artmalıdır, gömrük şəffaf işləməlidirİlham Əliyev deyib ki, vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır. Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax, biz bu üç istiqamət üzrə fəal işləsək büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Pozuntulara yol verən şəxslər ciddi cəzalandırılmalıdırlar.Prezident dövlət qurumları haqqında danışaraq qeyd edib ki, bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər. İctimai nəzarət mexanizmləri işə salınmalıdır. İlham Əliyev həmçinin qeyd edib ki, nağd pul dövriyyəsi sferasını azaltmalıyıq. Nağdsız ödəmələr genişləndirilməlidir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Ötən il çox ciddi addımlar atılıb. Lisenziyaların sayı azaldılıb, icazələrin sayı azaldılır. Bürokratik əngəllər aradan götürülür. Bu il də bu istiqamətdə daha da ciddi işlər aparılmalıdır və biznes ictimaiyyətinin təklifləri də nəzərə alınmalıdır. Ölkə başçısı özəl bankların daha çox iqtisadiyyatın real sektoruna kreditlər ayırmasını bildirib. Dövlət özəl bankları dəstəkləyir. Ümumiyyətlə, bank sektorunda islahatlar, konsolidasiya aparılmalıdır. Özəl banklar ölkə iqtisadiyyatının inkişafında daha da fəal iştirak etməlidirlər. Süni bahalaşma olmamalıdırDövlət başçısı qiymət artımı məsələsinə də toxunub. O, deyib ki, istehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı, ümumiyyətlə, mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar, bax, bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz, sadəcə olaraq, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun.Pensiya və əməkhaqqının qaldırılması gündəmdədirPrezident bildirib ki, bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi, böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır. Sənaye zonalarının yaradılması ləngiyirÖlkə başçısı nəzərə çatdırıb ki, sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalı, texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki müşavirələrdə də öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək. Bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər. Yəni nəticə çıxarsınlar. Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq\ .Struktur islahatları aparılacaq: bir-birini təkrarlayan qurumlar varPrezident bu il bəzi struktur islahatlarının aparılmasının vacibliyini önə çəkib: \ Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır\ .İlham Əliyev qətiyyətlə bildirib ki, informasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır. Bu sektorun çox böyük potensialı var. Ancaq bu sektorda da tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir. Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. Əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür. Dövlət başçısı turizm sektorunun inkişaf etdirilməsi yollarından da danışıb. Qeyd edib ki, biz turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayəni cəlb etməliyik. Dövlət artıq bu sahədə kifayət qədər böyük işlər görübdür. Nəqliyyat sektorunda tam şəffaflıq olmalıdırÖlkə başçısı nəzərə çatdırıb ki, bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Nəqliyyat sektorunda tam şəffaflıq olmalıdır. Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq. \ ASAN xidmət\ ə yeni səlahiyyətlərPrezident bildirib ki, bu il iki yeni \ ASAN xidmət\ mərkəzi açılmalıdır - Masallıda və Qəbələdə. Beləliklə, \ ASAN xidmət\ mərkəzlərinin sayı 11-ə çatacaq. Bundan əlavə, səyyar xidmət göstərilir, on avtobus ölkəmizi dolaşır. \ ASAN xidmət\ Azərbaycan brendidir. \ ASAN xidmət\ in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır. Gələcəkdə \ ASAN xidmət\ də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada, hələ ki şəffaflıq təmin edilmir, bax, o sahələr də \ ASAN xidmət\ də öz həllini tapacaq. Ona görə hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri \ ASAN xidmət\ ə əlavə edə bilərik.Prezident İlham Əliyev nitqinin sonunda bir daha vurğulayıb ki, 2016-cı ildə biz fəal işləməliyik. Bütün vəzifələr icra edilməlidir. Vəzifələrin icrası üçün mexanizmlər qısa bir zamanda işlənib mənə təqdim edilməlidir. Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də uğurla başa vuraq.