Yanvarın ...


Baxıldı : 213

Tarix : 2016-01-23 12:24:00


Yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən \ Yeni enerji tarazlığı\ mövzusunda sessiyada çıxış edib. Dövlət başçısı bildirib ki, nefti bundan daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bugünkü vəziyyəti gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu. Eyni zamanda bu bizim iqtisadiyyatımız üçün bir zərbə idi. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq belə vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək.Prezident İlham Əliyev qeyd edib ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Təəssüflər olsun ki, OPEC üzvlərinin hər görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır.Dövlət başçısı deyib ki, hər gün neftin yeni qiymətlərinin qeydə alınması həm psixoloji, həm dövlət büdcəsini balanslaşdırmaq, həm də neft-qaz sahəsinə investisiya cəlb etmək baxımından yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq eyni zamanda bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Bir daha deyirəm, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da, demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq. Ölkə başçısı bildirib ki, milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. Neftin qiymətinin düşməsi nəticəsində İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri idi - son 10 ildə 300 faiz gəlir. Bu, böyük rəqəmdir. Ancaq tsikl indi aşağı düşür. Bununla belə, düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək.Prezident İlham Əliyev bildirib ki, neftin qiymətində daha 2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci yarısında bazar böyüməyə başlayacaq. Çünki biz hamımız bilirik ki, bu, dövri sistemdir. Böyük neft inkişafı layihəsini 1994-cü ildə işə salan zaman neftin qiyməti, ümumiyyətlə, 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq.Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Heç bir proqnoz vermək istəmirəm. Ancaq bir barrel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını düşünürəm və bunu gec-tez görməyə ümid edirəm.