Yarışlara yekun vurulub


Baxıldı : 294

Tarix : 2015-11-20 04:37:00


Azərbaycan Texniki Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 9 Noyabr- Dövlət Bayrağı Günü və 12 Noyabr-Konstitusiya Gününə həsr olunmuş fakültələr arasında keçirilən həndboll çempionatına yekun vurulub.Universitetin THİK sədri Elvin Bəxtiyarlı çıxış edərək bu iki əlamətdar gün münasibətilə çempionat iştirakçılarını, qalibləri təbrik edərək onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayıb.9 komandanın iştirak etdiyi çempionat noyabrın 9-dan 13-dək davam etmişdir. Birinci yeri universitetin xüsusi texnika və texnologiya fakültəsinin tələbələri tutublar. Sonrakı yerləri müvafiq olaraq texnoloji maşınlar və metallurgiya fakültələrinin həndbolçuları bölüşüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub. AZƏR